...

"Qala Sığorta" İcbari Sığorta Bürosunun üzvü oldu (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Dekabr 2015 11:53 (UTC +04:00)
“Qala Sığorta” ASC İcbari Sığorta Bürosunun üzvü oldu.
"Qala Sığorta" İcbari Sığorta Bürosunun üzvü oldu (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

"Qala Sığorta" ASC İcbari Sığorta Bürosunun üzvü oldu.

Bu barədə Trend İcbari Sığorta Bürosunun saytına istinadən məlumat verir.

"Qala Sığorta" ASC "Daşınmaz əmlakın icbari sığortası", "Daşınmaz əmlakın istismarı ilə bağlı mülkü məsuliyyətin icbari sığortası" üzrə icbari sığorta növlərini həyata keçirmək üçün İcbari Sığorta Bürosunun iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib.

"Qala Sığorta"nın İdarə Heyətinin sədri Viladi Maniyev Trend-ə bildirib ki, sığorta şirkəti gələn ildən icbari sığorta xidmətləri göstərməyə başlayacaq: "Biz icbari sığorta xidmətlərinin göstərilməsi üzrə lisenziya əldə etməmişik, çünki hazırda lisenziyalar "ASAN xidmət" vasitəsilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən verilir. Sığorta fəaliyyəti üzrə lisenziyaya gəlincə, o bizdə müddətsizdir və yalnız adını dəyişmək lazımdır. Bundan başqa, sistemin bərpası üzrə işlər və digər texniki işlər aparırıq".

V.Maniyev əlavə edib ki, şirkət sığorta bazarının korporativ seqmentində qalmağa hazırlaşır: "Biz pərakəndə bazara çıxmağa hələ hazırlaşmırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti