...

EY Qafqaz Universiteti ilə əməkdaşlığı genişləndirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2015 18:45 (UTC +04:00)
EY müxtəlif layihə, praktik seminar və mühazirələr aparmaqla Qafqaz Universitetinin tələbələrinə mühasibat uçotu, maliyyə, vergi və hüquqşünaslıq sahələrində aldıqları təhsilə dəstək vermək niyyətindədir.
EY Qafqaz Universiteti ilə əməkdaşlığı genişləndirir (FOTO)

Bakı. Trend:

EY müxtəlif layihə, praktik seminar və mühazirələr aparmaqla Qafqaz Universitetinin tələbələrinə mühasibat uçotu, maliyyə, vergi və hüquqşünaslıq sahələrində aldıqları təhsilə dəstək vermək niyyətindədir.

Qafqaz Universitetinin rektoru Ahmet Saniç və EY şirkətinin Azərbaycandakı filialının rəhbəri İlqar Vəliyev 17 dekabr 2015-ci il tarixində əməkdaşlıq haqqında müqavilə imzalamış və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişlər. A.Saniç və həmkarları davamlı dəstək və əməkdaşlığa görə EY rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.

İ.Vəliyev onlarla öz fikirlərini bölüşdü: "EY Azərbaycan Azərbaycanda yüksək səviyyəli peşəkarlardan ibarət bir nəslin yetişdirilməsi məramını daşıyır və Qafqaz Universiteti ilə əməkdaşlığımız daşıdığımız məram və cəhdlərimizin göstəricisidir. Qafqaz Universiteti ilə işləmək bizim üçün şərəfdir və ümid edirik ki, əməkdaşlığımız uzunmüddətli və uğurlu olacaq".

Qafqaz Universiteti haqqında

Qafqaz Universiteti 1993-cü ildə, Azərbaycan Respublikasının Milli Məclisinin qərarı və Nazirlər Kabinetinin təsdiqi ilə təsis edilmişdir. Qafqaz Universiteti Azərbaycanda fəaliyyət göstərən ilk və yeganə görkəmli və nüfuzlu xarici özəl universitetdir. Universitet bildirir ki, onun məramı tələblərə beynəlxalq standartlara uyğun təhsil vermək və onları daim yeni üfüqlərə çatmaq üçün ruhlandırmaqdır. Böyük qayğı həm də onların milli və ümumbəşəri insani dəyərlərə hörmətlə yanaşmasına göstərilir. Həmçinin, Universitet Azərbaycan və Türkiyə arasında əməkdaşlığın təşviqində fəal rol oynamağı məqsəd qoyur.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.

EY Azərbaycanda

EY 21 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti