...

"AtraBank" ASC xarici valyutada kreditlərin restrukturizasiyası prosesinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2016 10:46 (UTC +04:00)

Bakı. Trend:

"AtraBank" ASC tərəfindən milli valyutanın məzənnəsinin ABŞ dollarına nisbətən dəyişməsi ilə əlaqədar olaraq borcalanlar tərəfindən kredit ödənişlərinin gecikdirilməsi hallarının qarşısını almaq məqsədilə ABŞ dollarında verilmiş kreditlərin restrukturizasiyası (ödəniş müddətinin və kredit faizlərinin dəyişdirilməsi) prosesinə başlanılıb.

Trend-in məlumatına görə, "AtraBank" ASC-dən xarici valyutada kredit götürmüş müştərilərlə, kreditlərin restrukturizasiyasının şərtlərinin razılaşdırılması, kredit və girov müqavilələrinə əlavə və dəyişikliklərin edilməsi məqsədi ilə fərdi qaydada görüşlər keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti