Bakı. İlhamə İsabalayeva - Trend:
Elə mallar istehsal etmək lazımdır ki, o, rəqabət qabiliyyətli olsun, onları xaricə ixrac etmək mümkün olsun. Yaxud inşaat sektoru olaraq, elə xidmət göstərməliyik ki, öz xidmətimizi xarici şirkətlərə təklif edə bilək.
Bunu Trend-ə "Qartal" tikinti firmasının direktoru Şahin Məmmədov deyib.
Tikinti sahəsində istehsal üçün müəssisənin öz daxili bazasının olmasını da vacib sayan sahibkar qeyd edib ki, hər hansı metal konstruksiyanın hazırlanması üçün şirkətin özünün maşın mexanizmi olarsa, yəni onu icarəyə götürməzsə, bu, məhsulun maya dəyərinin də aşağı olmasına imkan verər: "Əgər şirkətin bazası varsa, bu, artıq onun ucuz qiymətə mal istehsal etməsi deməkdir. Bu baza şirkətə keyfiyyətli iş görməyə imkan yaradır".
Ş.Məmmədov deyib ki, tikinti sahəsində işlərin görülməsi üçün mütləq lisenziyanın alınması lazımdir: "Prezident lisenziyaların verilməsi prosedurunu sadələşdirdi ki, bu da şirkətlər üçün gözəl imkan yaradır".