...

Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə işçi qrupunun iclası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2016 16:31 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Aktauda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə işçi qrupunun iclası keçirilir. Bu barədə Trend "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə istinadən məlumat verir.

Qazaxıstan Dəmir Yolunun təşkilatçılığı ilə keçirilən tədbirdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə yanaşı, Azərbaycan, Gürcüstan və Ukrayna dəmiryol qurumlarının, Bakı, Batumi və Aktau limanlarının, Çin, Ukrayna və Rumıniyanın logistika şirkətlərinin nümayəndələri iştirak edirlər.

İclasın gündəliyində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin 2015-ci ildə fəaliyyətinin yekunları və 2016-cı il üçün iş planı, TBNM-in təbliğatı məqsədilə Çində və Avropa ölkələrində təşkil olunmuş roud-şou adlı reklam kampaniyasının nəticələri, TBNM üzrə Beynəlxalq Konsorsiumun yaradılması və Koordinasiya Komitəsinə yeni üzvlərin qoşulması ilə bağlı məsələlər yer alıb.

Ukrayna Dəmir Yolunun, "Ukrferri" və "Translogist SRL" (Rumıniya) şirkətlərinin Koordinasiya Komitəsinə qoşulması Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun getdikcə artan nüfuzundan xəbər verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti