...

BƏƏ neft hasilatının dondurulmasını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 13:11 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əsas neft hasil edən ölkələr arasında neft hasilatının dondurulmasına dair təklifi dəstəkləyir.
BƏƏ neft hasilatının dondurulmasını dəstəkləyir

Bakı. Elçin Hüseynov - Trend:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əsas neft hasil edən ölkələr arasında neft hasilatının dondurulmasına dair təklifi dəstəkləyir.

Trend İnterfaks-a istinadən xəbər verir ki, bu barədə BƏƏ neft naziri Süheyl əl-Məzrui bəyan edib.

O deyib ki, BƏƏ-nin neft sahəsindəki siyasəti bazarın stabilliyinə yardım edəcək bütün neft hasil edən ölkələr üçün açıqdır: "Biz gələcəyə nikbinliklə baxırıq".

Daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.

Dünyanın əsas neft hasil edən ölkələri arasında danışıqların yeni raundu fevralın 17-nə planlaşdırılıb.

Qeyd edək ki, neftin qiymətlərinin azalması səbəblərindən biri kimi hasilatın artırılması göstərilir. Görüşə İran və İraq nümayəndələri də qatılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti