Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:53-də yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasının xarici valyutada olan əmanətlər üzə faiz limitinin azaldılması haqqında qərarı 2016-cı il martın 2-dək banklara qoyulmuş depozitlərə şamil edilməyəcək. Trend-in məlumatına görə, bunu ADIF-in icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, müştəri banka 3 faizi ötən faiz dərəcəsi üzrə xarici valyutada vəsait qoyursa, müqavilənin qüvvədə olma müddəti başa çatanadək onun əmanəti sığortalanacaq, lakin bir şərtlə ki, əmanətin məbləği 30 min manatı ötmür: "Bununla belə, müştərilər istənilən vaxt bankla müqavilənin şərtlərinin dəyişdirilməsi məsələsi üzrə müraciət edə bilərlər".
Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının 1 mart 2016-cı il tarixli növbədənkənar iclasında qəbul olunmuş qərara əsasən, 1 mart 2016-cı il tarixdən etibarən xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3%, milli valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsininin yuxarı həddi isə 12% müəyyən edilib.