...

JTI Azərbaycanda yeganə "Ən yaxşı işəgötürən şirkət" seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2016 16:01 (UTC +04:00)

Bakı. Trend:

JTI "Japan Tobacco" şirkətlər qrupunun üzvü və "Fortune's Global 500" ("Fortune" jurnalının ən gəlirli 500 şirkət) siyahısına daxil olan aparıcı beynəlxalq tütün şirkətidir.

Şirkətdə 100-dən çox milləti təmsil edən 26,000 nəfər çalışır. JTI dünyanın 120-dən çox ölkəsində öz məşhur brendlərinin satışını həyata keçirir. JTI Caucasus MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi 2013-cü ildə Bakı şəhərində təsis edilmişdir.

JTI Azərbaycan qürur hissi ilə bildirir ki, Ən Yaxşı İşəgötürənlər İnstitutu tərəfindən yenidən təltif edilmişdir. JTI Azərbaycan bu il də işçilər üçün yaratdığı şəraitə görə üç il dalbadal "Ən yaxşı işəgötürən şirkət" mükafatını qazanmışdır.

Ən Yaxşı İşəgötürənlər İnstitutu tərəfindən aparılan illik beynəlxalq araşdırmalar nəticəsində bütün dünyada aparıcı işəgötürənlər müəyyən edilir. Bunlar işçilər üçün mükəmməl şərait yaradan, bütün səviyyələrdə istedadlı işçiləri yetişdirən və inkişaf etdirən və işəgötürmə üsullarını davamlı şəkildə optimallaşdıran şirkətlərdir. Nəticədə, JTI Azərbaycan "Ən yaxşı işəgötürən şirkət Azərbaycan 2016" mükafatına layiq görülmüşdür və Azərbaycanda bu mükafatı qazanan yeganə şirkətdir.

Ən Yaxşı İşəgötürənlər İnstitutu Azərbaycanda JTI şirkətini aşağıdakı meyarlar üzrə qiymətləndirmişdir: istedadlar strategiyası, işçi qüvvəsinin planlaşdırılması, yeni işçilərin adaptasiyası, öyrənmə və inkişaf, fəaliyyətin idarə olunması, liderliyin idarə olunması, karyera və ardıcıllığın idarə edilməsi, kompensasiya və müavinətlər və korporativ mədəniyyət.

Ən Yaxşı İşəgötürənlər İnstitutu və Ən Yaxşı İşəgötürən mükafatı haqqında əlavə məlumat almaq üçün aşağıdakı veb-sayta müraciət edin: www.top-employers.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti