Bakı. Elçin Mehdiyev - Trend:
"Cənub qaz dəhlizi" lahiyəsinin maliyyələşməsi ilə bağlı problem yoxdur. Trend-in məlumatına görə, bunu energetika naziri Natiq Əliyev IV Qlobal Bakı Forumu çərçivəsində bu gün keçirilən "Enerji və qlobal idarəçiliyin gələcək perspektivləri nədir?" mövzusunda paneldə deyib.
N.Əliyev qeyd edib ki, SOCAR-ın "Cənub qaz dəhlizi" layihəsində öz payını maliyyələşdirməsi ilə bağlı heç bir problem yoxdur: "Eyni zamanda, bütün beynəlxalq maliyyə institutları "Cənub qaz dəhlizi" layihəsinin maliyyələşdirilməsində maraqlıdırlar".
Nazir əlavə edib ki, TANAP-la bağlı işlərin böyük hissəsi artıq görülüb.