...

Azərbaycanda bəzi müəssisələri vergidən azad etmək təklif edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2016 18:16 (UTC +04:00)
Azərbaycanda konserv zavodlarını və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən emal müəssisələrini vergidən azad etmək lazımdır.
Azərbaycanda bəzi müəssisələri vergidən azad etmək təklif edilir

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda konserv zavodlarını və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən emal müəssisələrini vergidən azad etmək lazımdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin plenar iclasında deyib.

O bildirib ki, emal müəssisələri və konserv zavodları vergidən azad edilmədiyinə görə onlar digər ölkələrin analoji müəssisələri ilə rəqabət apara bilmirlər: "Nəticədə həmin müəssisələr dünya bazarlarına çıxa bilmirlər".

S.Novruzov, həmçinin ölkəyə hansı həcmdə kənd təsərrüfatı məhsullarının lazım olduğunu hər il proqnozlaşdıra biləcək strateji mərkəz yaratmağı təklif edib: "Belə struktur, məsələn, ABŞ-da var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti