...

Azərbaycan Sənaye Bankı bayram günlərində də fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2016 16:29 (UTC +04:00)
Müştərilərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Sənaye Bankı Novruz bayramı ərəfəsində də fəaliyyət göstərəcək.
Azərbaycan Sənaye Bankı bayram günlərində də fəaliyyət göstərəcək

Bakı. Trend:

Müştərilərini daim diqqət mərkəzində saxlayan Azərbaycan Sənaye Bankı Novruz bayramı ərəfəsində də fəaliyyət göstərəcək.

Bankdan Trend-ə verilən məlumata görə, Park Bulvar alış-veriş mərkəzində fəaliyyət göstərən ASB Park Bulvar filialı ilin 365 günü səhər saat 10:00-dan axşam 22:00-a kimi fasiləsiz iş rejimində xidmət göstərir.

Park Bulvar filialında aşağıdakı bank xidmətlərindən istifadə edə bilərsiniz:

• Valyuta mübadilə əməliyyatlarının aparılması
• Fiziki və hüquqi şəxslərin hesablarının açılması
• Hesablaşma-kassa xidmətlərinin göstərilməsi
• Sürətli pul köçürmələri
• Depozitlərin (əmanətlərin) qəbul edilməsi
• Rabitə və kommunal ödənişlərin qəbulu
• POS Terminal xidmətləri
• 7/24 ATM xidmətləri

Azərbaycan Sənaye Bankı müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşidləndirməyə və artırmağa davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti