...

Daha bir sığorta şirkəti "Yaşıl Kart"a qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2016 19:36 (UTC +04:00)
“Qala Sığorta” şirkəti "Yaşıl Kart" sığortaçılarının reyestrinə daxil edilib.
Daha bir sığorta şirkəti "Yaşıl Kart"a qoşuldu

Bakı. Azad Həsənli - Trend:

"Qala Sığorta" şirkəti "Yaşıl Kart" sığortaçılarının reyestrinə daxil edilib.

Trend İcbari Sığorta Bürosuna məlumat verir ki, "Qala Sığorta" ASC martın 29-da "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə, eyni zamanda "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə icbari sığorta növünü həyata keçirmək üçün Büronun iştirakçı sığorta şirkətlərinin reyestrinə daxil edilib.

Bununla da sistemə qoşulmuş Azərbaycan sığorta şirkətlərinin sayı 13-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti