...

İstehlakçı hüquqları sahəsində gənc nəslin maarifləndirilməsi məqsədilə seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2016 20:12 (UTC +04:00)
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.
İstehlakçı hüquqları sahəsində gənc nəslin maarifləndirilməsi məqsədilə seminar keçirilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda növbəti belə tədbir aprelin 27-də Bakı Rabitə və Nəqliyyat Kollecində keçirilib.

Təhsil müəssisəsinin 200-dən çox müəllim və tələbələrinin iştirak etdiyi seminarda iştirakçılara istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. "İstehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlər", "Hər bir istehlakçı öz hüquqlarını bilməlidir" mövzusunda mühazirələrlə çıxış edən Dövlət Xidməti əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi, eyni zamanda istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışıb, Dövlət Xidməti tərəfindən bu sahədə həyata keçirilən işlər barədə məlumat veriblər.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti