...

SOCAR IAP kəməri üzrə işçi bölməsinin fəaliyyətinə dəstək verməyə dəvət olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2016 19:26 (UTC +04:00)
Monteneqroda İonik-Adriatik boru kəmərinin iclası keçirilib.
SOCAR IAP kəməri üzrə işçi bölməsinin fəaliyyətinə dəstək verməyə dəvət olunub

Bakı. Trend:

Monteneqronun iqtisadiyyat naziri Vladimir Kovariçin təşəbbüsü ilə mayın 6-da Budva şəhərində Xorvatiyanın energetika naziri Tomislav Paleniç, Albaniyanın energetika naziri Damian Qiknuri və Bosniya və Herseqovinanın Energetika Nazirliyinin nümayəndələrinin iştirakı ilə İonik-Adriatik boru kəmərinin (IAP) nazirlər səviyyəsində iclası keçirilib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, Azərbaycanı təmsil edən "SOCAR Balkan" şirkətinin baş icraedici direktoru Murad Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti iclasda müşahidəçi qismində iştirak edib.

IAP-ın iclasının iştirakçıları layihənin həyata keçirilməsi ilə bağlı inkişafı nəzərdən keçirib və layihə işlərinin daha effektiv əlaqələndirilməsini təmin etmək, habelə qərarların qəbul edilməsi prosesinin səmərəliliyini artırmaq məqsədilə daimi işçi bölməsinin yaradılmasına dair razılığa gəliblər.

Nazirlər İonik-Adriatik boru kəmərinin nazirlər səviyyəsində iclasının nəticələrinə dair birgə bəyanat qəbul ediblər. Cənub Qaz Dəhlizi çərçivəsində Azərbaycanın rolu nəzərə alınaraq, SOCAR daimi işçi bölməsinin fəaliyyətinə dəstək göstərməyə dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti