...

Azərbaycanla ABŞ arasında yeni saziş təsdiq edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 12:24 (UTC +04:00)
Azərbaycan ilə ABŞ arasında yeni saziş təsdiq edilib.
Azərbaycanla ABŞ arasında yeni saziş təsdiq edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan ilə ABŞ arasında yeni saziş təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə məsələ daxil edilib.

Saziş haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu saziş iki ölkə arasında hava məkanında imkanları artırmağa, bazarda aviasiya şirkətləri arasında sağlam rəqabət yaratmağa imkan verir.

Müzakirələrdən sonra saziş səsə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti