...

Maştağa-Bilgəh yolu yeni görkəm alır (FOTO/VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 15:13 (UTC +04:00)
Maştağa-Bilgəh avtomobil yolunda təmir-tikinti işləri yekunlaşır.
Maştağa-Bilgəh yolu yeni görkəm alır (FOTO/VİDEO)

Bakı. Trend:

63 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlər davam etdirilir.

ASC-dən Trend-ə verilən məlumata görə, Maştağa-Bilgəh avtomobil yolunun tikintisi "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"ı çərçivəsində aparılır və artıq yekunlaşmaq üzrədir. Uzunluğu 9 km, hərəkət hissəsinin eni isə 7 metr olan avtomobil yolunun asfalt-beton örtüyünün yararsız vəziyyətdə olması, piyada səkilərinin olmaması həm avtonəqliyyat vasitələrinin normal hərəkətində, həm də vətəndaşların rahat və təhlükəsiz hərəkətində problemlər yaradırdı. Artıq bu problemlər tam olaraq aradan qaldırılır.

Tikinti işləri çərçivəsində yolun eni 9 m-ə qədər genişləndirilib. Bundan başqa, yol boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri bərpa olunub. Həmçinin köhnə-asfalt beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınıb. Bunun əvəzinə isə hazırda yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılır. Ümumilikdə yol boyu 81 min kv.m sahəyə 2 qat olmaqla müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü döşənir. Artıq yolun 8 km-i tam olaraq asfaltlanıb.

Maştağa-Bilgəh avtomobil yolunun kənarlarına 18 min p/m yeni səki daşlarının düzülməsi, həmçinin zəruri olan yerlərdə 2-3 metr enində piyada səkilərinin tikintisi işləri də aparılıb. Yolda işıqlandırma sisteminin də qurulması nəzərdə tutulub. Daha sonra avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Ümumiyyətlə, avtomobil yolunun yenidən qurulması ilə avtonəqliyyat vasitələrinin yeni tikilən Dənizkənarı Dairəvi yoluna və əksinə rahat və maneəsiz çıxışı təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti