...

Azərbaycanda sənaye parklarının rezidentləri gömrük rüsumları və sosial ödənişlərdən azad edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2016 09:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Gömrük tarifi haqqında" və "Sosial sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunların tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycanda sənaye parklarının rezidentləri gömrük rüsumları və sosial ödənişlərdən azad edildi

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev "Gömrük tarifi haqqında" və "Sosial sığorta haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanunların tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, Azərbaycanda sənaye parkları rezidentləri tərəfindən malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilir.

Eləcə də "Sosial sığorta haqqında" qanuna edilən dəyişikliklərə əsasən, 2016-cı il mayın 1-dən 5 il müddətinə mütləq sosial sığorta ödənişlərindən azad edilir.

Hazırda Azərbaycanda sənaye parkları rezidentlərinin ümumi sayı 12-yə çatır (Sumqayıtda - 7, Balaxanıda - 4, qaradağ rayonunda 1).

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti