...

Qala Sığorta-nın rəhbərliyinin tam tərkibi açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2016 15:46 (UTC +04:00)
"Qala Sığorta" şirkəti rəhbərliyin tam tərkibini açıqlayıb.
Qala Sığorta-nın rəhbərliyinin tam tərkibi açıqlanıb

Bakı. Azad Həsənli - Trend:

"Qala Sığorta" şirkəti rəhbərliyin tam tərkibini açıqlayıb.

Trend-in şirkətin saytına istinadən verdiyi məlumata görə, Fuad Quliyev "Qala Sığorta"nın Direktorlar Şurasına rəhbərlik edir. Vüsal Abbasov və Nərgiz Nəsrullayeva-Müdüroğlu Direktorlar Şurasının tərkibinə daxil olub.

Viladi Maniyevin rəhbərlik etdiyi İdarə heyətinə baş mühasib Elmar İslam və cavabdeh aktuar Ülkər Əhmədzadə daxildir.

Təftiş komissiyasının tərkibi aşağıdakı kimidir: sədr Emin Aslanov, üzvlər Gündüz Məmmədli və Nazim Axundov.

Daxili audit xidmətinə isə Şəfiqə Hacıbəyova rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti