Bakı. Trend:
Parisdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa/Şimali Atlantika Bürosunun yaradılmasının 70 illiyi ilə bağlı təntənəli tədbirlər keçirilib.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu əlamətdar gün münasibətilə keçirilən tədbirlərdə ICAO-nun prezidenti Olumuiva Benard Aliu, təşkilatın baş katibi Fan Lyu, Avropa dövlətlərinin mülki aviasiya qurumlarının rəhbərləri və beynəlxalq təşkilatların vəzifəli şəxsləri iştirak ediblər.
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təntənəli tədbirlərdə iştirak edib.
Səfər zamanı nümayəndə heyəti, həmçinin ICAO-nun Paris Bürosunda ikitərəfli görüşlər keçirib və uçuşların təhlükəsizliyi məsələlərində ölkəmizin mülki aviasiyasına ICAO-nun texniki yardım proqramını razılaşdırıb.