...

ÜTT Azərbaycanla danışıqları sürətləndirməyə çağırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2016 17:04 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycann Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə işçi qrupunun rəhbəri Valter Verner Azərbaycan və ÜTT-ni danışıqlar prosesini sürətləndirməyə çağırıb.

Trend-in ÜTT-yə istinadən verdiyi məlumata görə, V.Verner Azərbaycanın ÜTT-yə üzvlüyü üzrə danışıqların növbəti raundunda ölkənin ticarət rejiminin təşkilatın norma və tələblərinə uyğunlaşdırılması üzrə addımlarını qeyd edib.

Danışıqlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev ölkədə iqtisadiyyatın şaxələndirilməsinə və enerji resurlarının qiymətlərinin azalması ilə bağlı çətinliklərin öhdəsindən gəlinməsinə yönəldilmiş milli strateji yol xəritəsinin qəbul edilməsi barədə məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti