Bakı. Ənvər Məmmədov – Trend:
Azərbaycan gələn ilin sonuna kimi Avrasiya İnkişaf Bankının (AİB) üzvü ola bilər.
Trend-in "İzvestiya" qəzetinə istinadən verdiyi məlumata görə, bunu bankın İdarə Heyətinin sədri Dmitri Pankin deyib.
Avrasiya İnkişaf Bankı 2006-ci ilin yanvarında Rusiya və Qazaxıstan tərəfindən təsis olunmuş beynəlxalq maliyyə təşkilatıdır. Bankın nizamnamə kapitalı yeddi milyard dollar təşkil edir. Bankın iştirakçı dövlətləri Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Ermənistandır.