...

Macarıstan Azərbaycana yeni texnologiyalar təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2016 10:05 (UTC +04:00)
Azərbaycana nəqliyyatda elektron ödənişlər üçün yeni texnologiyaların tətbiq olunması təklif olunur
Macarıstan Azərbaycana yeni texnologiyalar təklif edir

Bakı. Səba Ağayeva - Trend:

Macarıstan Azərbaycana nəqliyyatda elektron ödənişlər üçün yeni texnologiyaların, kənd təsərrüfatı, şəhər idarəetməsi, su təsərrüfatı və elektrik təchizatı sahələrində yeni elektron sistemlərin tətbiq olunmasını təklif edir. Bu barədə Trend-ə müsahibəsində Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Səfir qeyd edib ki, bu sahələrdə Macarıstan dünya səviyyəli texnologiya resurslarına malikdir.

Onun sözlərinə görə, müxtəlif sahələrdə, o cümlədən yüksək texnologiya sahəsində birgə müəssisələrin yaradılmasında hər iki ölkə maraqlıdır.

Səfir deyib: “Macar şirkətləri artıq Azərbaycanda bir sıra birgə layihələrin icrasına başlayıb. Ölkəmiz həm də Azərbaycanda əczaçılıq zavodunun yaradılması imkanını da nəzərdən keçirir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti