...

“PAŞA Həyat” şirkəti valideynlərini itirmiş və fiziki qüsurlu uşaqları sevindirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2016 16:38 (UTC +04:00)
“PAŞA Həyat” şirkəti Sumqayıt şəhərində keçirilən “Mərhəmətli olmağa tələsin" ənənəvi xeyriyyə aksiyasında fiziki qüsurlu və valideylərini itirmiş uşaqlara isti qış geyimləri təqdim edərək onlara sevinc bəxş edib.
“PAŞA Həyat” şirkəti valideynlərini itirmiş və fiziki qüsurlu uşaqları sevindirib  (FOTO)

Bakı. Trend:

“PAŞA Həyat” şirkəti Sumqayıt şəhərində keçirilən “Mərhəmətli olmağa tələsin" ənənəvi xeyriyyə aksiyasında fiziki qüsurlu və valideylərini itirmiş uşaqlara isti qış geyimləri təqdim edərək onlara sevinc bəxş edib.

Şirkətin mətbuat katibi Elnur Hüseynquluyevin Trend-ə verdiyi məlumata görə, aksiyaya bu ilin noyabr ayının 16-dan 50-yə yaxın idarə və müəssisə nümayəndələrinin iştirakı ilə start verilib:

""PAŞA Həyat" şirkəti hər il keçirilən “Mərhəmətli olmağa tələsin" aksiyasının fəal iştirakçı təşkilatlarından biridir. Ötən ildə də keçirilən aksiyada yaxından iştirak etmişik. Əsas məqsəd Sumqayıt şəhərində ehtiyacı olan uşaqların isti qış geyimləri ilə təmin olunmasında yardımçı olmaqdır. Ümumiyyətlə biz “PAŞA Həyat” şirkəti olaraq bu cür aksiyaların keçirilməsini daim dəstəkləyirik. Növbəti ildə də keçiriləcək bu aksiyaya öz dəstəyimizi göstərəcəyik".

Qeyd edək ki, "Mərhəmətli olmağa tələsin" ənənəvi xeyriyyə aksiyası hər il "Azərikimya" İstehsalat Birliyi, "Qızıl Aypara" Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə keçirilir. Bu il keçirilən tədbirdə aztəminatlı ailələrdən olan, bir və hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olan, həmçinin fiziki qüsurlu 180 uşağa Sumqayıt və Bakıda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatlar tərəfindən təzə isti qış geyimləri paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti