...

IFC nümayəndəsi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsindən danışdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2016 12:08 (UTC +04:00)
bu gün 2000-ci illərin əvvəlindən fərqli olaraq investorların cəlb olunması daha da qəlizləşib
IFC nümayəndəsi Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsindən danışdı

Bakı. İlahə Məmmədli - Trend:

Dünya iqtisadiyyatının bugünkü qeyri-stabil vəziyyətində dövlət bank sektorunda özəlləşdirmənin məqsədəuyğunluğunu nəzərdən keçirərkən dəqiq müəyyn etməlidir ki, bankın qarşısında hansı məsələlər dayanır və özəlləşdirmədən nə gözləmək lazımdır.

Bunu Trend-ə eksklüziv müsahibəsində Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Ukrayna və Belarusdakı regional nümayəndəliyinin rəhbəri Rüfət Əlimərdanov Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi barədə danışarkən deyib.

O deyib: “Bu gün hər kəs üçün vahid formulun mövcud olmamasına baxmayaraq, bir şey aydındır: bazarın bütün seqmentlərində üstünlük təşkil edən universal dövlət bankı dünya təcrübəsində getdikcə daha az rast gəlinən bir modeldir”.

Onun sözlərinə görə, bu gün 2000-ci illərin əvvəlindən fərqli olaraq investorların cəlb olunması daha da qəlizləşib.

R.Əlimərdanov deyib: “Fikrimcə, məsələni daha geniş şəkildə qoymaq lazımdır. İlk növbədə dövlət bankı qarşısında qoyulan məqsədləri müəyyənləşdirmək lazımdır. Bunlara ixrac əməliyyatlarının stimullaşdırılması, özəl mənbələrdən maliyyələşdirmənin cəlb olunması katalizatoru qismində müəyyən infrastruktur layihələrinin müvəqqəti dəstəklənməsi, ucqar regionlarda kommersiya banklarının gəlişindən əvvəl əhaliyə xidmət göstərilməsi və s.”

Onun sözlərinə görə, dövlət banklarının özəlləşdirilməsi barədə söhbətlər çox ölkədə gedir, amma özəlləşdirmə uzun prosesdir. Potensial “alıcı”ların marağını cəlb etmək və daha əlverişli qiymətləndirmə əldə etmək üçün dövlət banklarının sahibləri korporativ idarəetmələr yaradır və məhsullarını müasirləşdirirlər.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi 2017-ci ildə elan olunacaq. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti