...

Bank rəhbərliyində YENİ TƏYİNAT

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2017 18:36 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Həsən Quliyev “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədr müavini təyin olunub.

Bu barədə Trend banka istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, bu vəzifə “Bank of Baku”nun rəhbər şəxslərinin bankı tərk etməsindən sonra vakant qalmışdı. Belə ki, idarə heyətinin sədr müavinlərindən biri Zaur Qaraisayev Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə şirkəti – “MBA-Moskva”nın Müşahidə Şurasının sədri təyin olunmuş, idarə heyəti sədrinin birinci müavini Nahid Zeynalov “Kapital Bank”ın İdarə Heyətinə daxil olmuşdu.

Bankın İdarə heyəti sədrinin digər müavini Eldar Həmidov “Bank of Baku”nun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti