...

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2017 18:44 (UTC +04:00)
2017-ci ilin fevralında Azərbaycan Mərkəzi Banknının sərəncamında olan valyuta ehtiyatları yanvarla müqayisədə 42,1 milyon dollar (0,97 faiz) artaraq 4 369,3 milyon dollara çatıb
Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ilin fevralında Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan valyuta ehtiyatları yanvarla müqayisədə 42,1 milyon dollar (0,97 faiz) artaraq 4 369,3 milyon dollara çatıb.

Bu barədə Trend AMB-yə istinadən məlumat verir.

2016-cı ilin fevral ayı ilə müqayisədə ehtiyatlar 8,5 faiz artıb.

Qeyd edək ki, ötən il ərzində AMB-nin valyuta ehtiyatları 2015-ci illə müqayisədə 1 042,3 milyon dollar və ya 20,78 faiz azalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti