...

"Bank of Baku" kapitalını 91 milyon manat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2017 17:21 (UTC +04:00)
Bu gün Bank of Baku-nun Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçirilib.
"Bank of Baku" kapitalını 91 milyon manat artırır

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Bank of Baku-nun Səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, iclasda, Bankın cari və gələcək fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunaraq, mühüm qərarlar qəbul olunub.

Belə ki, iclasda qəbul edilən əsas qərarlardan biri, Bankın kapitalının 91 milyon manat həcmində artırılmasından ibarətdir. Qeyd edək ki, hal-hazırda Bankın nizamnamə kapitalı 52 milyon 870 min manatdır. Kapital artımı nəticəsində Bankın nizamnamə kapitalı 143 milyon 870 min manat təşkil edəcək. Kapital artımı ilə bağlı qərarın icrasının ən qısa zaman ərzində həyata keçirilməsi nəzərdə tutulub.

Bu qərarın icrası ilə Bank of Baku-nun məcmu kapitalının həcmi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş normativ tələblərə tam cavab verəcək.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti