...

Azərbaycan neftinin SON QİYMƏTİ - 58 dolları da keçdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2017 23:20 (UTC +04:00)

Bakı. Maksim Tsurkov - Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 58,55 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,92 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 14-də 57,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,9 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 14-də 53,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,91 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 14-də 56,74 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,88 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti