...

Bank rəhbərliyində DƏYİŞİKLİKLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2017 14:25 (UTC +04:00)
Türkiyənin “Ziraat” bankının Azərbaycandakı törəmə şirkəti olan “Ziraat Bank Azerbaijan”ın Müşahidə şurasının tərkibi tamamilə dəyişdirilib
Bank rəhbərliyində DƏYİŞİKLİKLƏR

Bakı. Azad Həsənli - Trend:

Türkiyənin “Ziraat” bankının Azərbaycandakı törəmə şirkəti olan “Ziraat Bank Azerbaijan”ın Müşahidə Şurasının tərkibi tamamilə dəyişdirilib.

Trend-in banka istinadən verdiyi məlumata görə, Müşahidə Şurasına Peyami Ömər Özdilək rəhbərlik edir. Bakır Nurulla onun müavini təyin olunub. Bundan başqa, Müşahidə Şurasına Fərhat Pişmaf daxil olub.

Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasına Ömər Baktır (sədr), Bilgehan Kuru (müavin), Ayça Şule Gürleyik, Əli Taşdemir və Taha Çakmak (üzvlər) daxil idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti