...

Azərbaycanda pensiyaçıların sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2017 10:26 (UTC +04:00)
Azərbaycanda pensiyaçıların sayı artıb.
Azərbaycanda pensiyaçıların sayı artıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda pensiyaçıların sayı artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ölkəmizdə əmək pensiyaçılarının sayı 1 oktyabr 2017-ci il tarixinə cari ilin əvvəli ilə müqayisədə 14 771 nəfər və ya 1,1 faiz artaraq (o cümlədən yaşa görə 7043 nəfər, ailə başçısını itirməyə görə 1418 nəfər, əlilliyə görə isə 6310 nəfər) 1 milyon 330 min nəfər təşkil edib.

Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 12,4 faizlik artım tətbiq olunmaqla bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib.

Ümumilikdə, cari ildə də pensiyalarda artım dinamikası davam edib və əmək pensiyalarının orta aylıq məbləği 2017-ci il 01 oktyabr tarixinə 204 manata çatıb. O cümlədən, ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 226,7 manata çatmaqla əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 43,6 faiz olub ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti