...

Dövlət Gömrük Komitəsi aksizlərin artırılmasının qiymətlərə təsiri barədə

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2017 12:49 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda tütün məmulatları və spirtli içkilərin idxalına tətbiq olunan aksiz vergisinin artırılması yüksək bahalaşmaya gətirib çıxarmayacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, aksiz dərəcəsi qaldırılarkən vəziyyət ətraflı təhlil olunur: “Tütün və spirtli içkilər ilkin ehtiyac məhsulları deyil, həm də faiz artımı çox kəskin olmayacaq”.

Qeyd edək ki, aksiz vergisinin artırılması 2018-ci il üçün Vergi Məcəlləsinə dəyişikliklər layihəsi çərçivəsində nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti