...

Dövlət büdcəsinə gömrük daxilolmaları 18 faizə yaxın artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2017 12:09 (UTC +04:00)
2017-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi Azərbaycanın dövlət büdcəsinə 2,17 milyard manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz çoxdur
Dövlət büdcəsinə gömrük daxilolmaları 18 faizə yaxın artıb

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycanın dövlət büdcəsinə 2,17 milyard manat köçürüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə DGK-nın hesabatında deyilir.

Oktyabr ayında büdcəyə gömrük daxilolmaları 217 milyon manat təşkil edib. Ötən ay büdcəyə gömrük rüsumlarından 67,37 milyon manat, ƏDV – 138,18 milyon manat, aksiz – 8,54 milyon manat, yol vergisi – 2,93 milyon manat təşkil edib.

Ötən ilin oktyabr ayı ilə müqayisədə gömrük rüsumlarından daxilolmalar 18 faiz, ƏDV-dən – 17,5 faiz, aksizdən – 45,2 faiz, yol vergisindən – 17,7 faiz artıb.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsində gömrük daxilolmaları proqnozu 2,25 milyard manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti