...

Azərbaycan Beynəlxalq Bankı restrukturizasiyanın müddətini artırmaq istəyir (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2018 10:09 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) xarici kreditorları qarşısında öhdəlikləri üzrə restrukturizasiyanın müddətini artırmaq niyyətindədir.
Azərbaycan Beynəlxalq Bankı restrukturizasiyanın müddətini artırmaq istəyir (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı (ABB) xarici kreditorları qarşısında öhdəlikləri üzrə restrukturizasiyanın müddətini artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bununla əlaqədar olaraq bank Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

ABB 180 gün əlavə müddət verilməsini istəyir.

Bundan əvvəl restrukturizasiya prosesinin cari il yanvarın 30-da başa çatdırılması planlaşdırılırdı. Məhkəmə müraciətə müsbət cavab verərsə, müddət iyulun sonunadək uzanacaq.

Qeyd edək ki, Beynəlxalq Bank 2015-ci ilin iyulundan sağlamlaşdırma mərhələsindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti