...

Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2018 11:10 (UTC +04:00)
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycana səfər edəcək.
Rusiyanın iqtisadi inkişaf naziri Azərbaycana səfər edəcək

Bakı. Trend:

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin apreldə Azərbaycana səfər edəcək.

Trend-in məlumatına görə, bu barədə nazir özü "Moskva-Bakı" portalına müsahibəsində deyib.

M.Oreşkin qeyd edib ki, Rusiya-Azərbaycan ticari-iqtisadi münasibətləri aktiv inkişaf edir: "Hazırda biz Azərbaycanla bu istiqamətdə əlaqələrin gücləndirilməsinə imkan verəcək xüsusi qrup yaratmışıq. Azərbaycanla qarşılıqlı münasibətlər bizim üçün çox mühümdür".

Nazir bildirib ki, Azərbaycan və Rusiyanın gündəliyi genişdir, bir çox layihələr var: "Hələ bu barədə danışmayaq, mənim Bakıya səfərimi gözləyək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti