...

Azərbaycanda bank işçilərinin vahid məlumat bazası yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2018 10:40 (UTC +04:00)
Azərbaycanda bank işçilərinin vahid məlumat bazası yaradılacaq.
Azərbaycanda bank işçilərinin vahid məlumat bazası yaradılacaq

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan Banklar Assosiasiyası (ABA) Azərbaycan banklarının insan resursları üzrə məlumat bazası yaradacaq.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən "Human Capital Forum - 2018" tədbirində assosiasiyanın sədri Zakir Nuriyev deyib.

O qeyd edib ki, bu işə ABA yanında ekspert qrupu kömək edəcək:

"2017-ci ildə Azərbaycan Banklar Assosiasiyası ekspert qrupu ilə birlikdə bu sahədə araşdırma aparıb. Toplanmış informasiya bank sektorunun hər bir iştirakçısına təqdim olunub. Forum başa çatdıqdan sonra biz banklarda sorğu keçirmək və insan resursları üzrə məlumat bazası yaratmaq niyyətindəyik. Bu, həmin sahədə fəaliyyəti daha yaxşı əlaqələndirməyə imkan verəcək".

Qeyd edək ki, Azərbaycanda 30 bank fəaliyyət göstərir. 2018-ci il martın 1-nə banklarda 16 331 nəfər çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti