...

Azərbaycan 2018-ci il dövlət büdcəsini təkrar nəzərdən keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2018 16:56 (UTC +04:00)
Azərbaycan hökuməti 2018-ci il dövlət büdcəsini təkrar nəzərdən keçirəcək.
Azərbaycan 2018-ci il dövlət büdcəsini təkrar nəzərdən keçirəcək

Bakı. Azad Həsənli - Trend:

Azərbaycan hökuməti 2018-ci il dövlət büdcəsini təkrar nəzərdən keçirəcək.

Bunu Trend-ə Milli Məclisin deputatı, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

R.Quliyevin sözlərinə görə, Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərən amillərdən biri neft qiymətlərinin sabitliyi və artım tendensiyasıdır.

Deputat qeyd edib ki, yüksək neft qiymətləri ilə yanaşı daha iki amil var ki, ölkə iqtisadiyyatına müsbət təsir göstərir.

Komitə üzvünün sözlərinə görə, ilk növbədə birinci rüb üzrə Azərbaycanda ümumi daxili məhsulunun artım tempi gözləntilərdən yüksək olub. İkincisi isə, büdcəyə daxilolmalar proqnozlaşdırılandan çox olub ki, bu da iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti