...

Maliyyə Nazirliyi: Azərbaycanda 2017-ci ildə makroiqtisadi sabitliyi təmin etmək mümkün olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2018 13:19 (UTC +04:00)
Azərbaycanda 2017-ci ildə makroiqtisadi sabitliyi, maliyyə dayanıqlığını və iqtisadi artımı təmin etmək mümkün olub.
Maliyyə Nazirliyi: Azərbaycanda 2017-ci ildə makroiqtisadi sabitliyi təmin etmək mümkün olub

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanda 2017-ci ildə makroiqtisadi sabitliyi, maliyyə dayanıqlığını və iqtisadi artımı təmin etmək mümkün olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2017-ci il Azərbaycan dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirələri zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, bu göstəricilər ölkədə iqtisadi islahatların həyata keçirilməsi sayəsində əldə olunub:

“Qeyd edim ki, 2017-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları əvvəlki illə müqayisədə 4 milyard artaraq 41 milyard dollar təşkil edib. Dövlət Neft Fondundan transfertlər istisna olmaqla dövlət büdcəsinin gəlirləri 5,3 faiz artıb. Azərbaycanın xarici ticarəti 12 faizdən çox, qeyri-neft ixracı 24,4 faiz, qeyri-neft sektorundan daxilolmalar 5 faiz artıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti