...

Balaxanı Sənaye Parkında yeni müəssisələr fəaliyyətə başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2018 13:43 (UTC +04:00)
Yaxın zamanlarda Balaxanı Sənaye Parkında altı rezidentin müəssisələri işə başlayacaq.
Balaxanı Sənaye Parkında yeni müəssisələr fəaliyyətə başlayacaq

Bakı. İlkin Şəfiyev - Trend:

Yaxın vaxtlarda Balaxanı Sənaye Parkında 6 rezidentin müəssisələri işə başlayacaq.

Bu barədə Trend Azərbaycan İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, həmin müəssisələr polietilen və polipropilen tullantıların təkrar emalı, yapışqan lent, bioyanacaq üçün xammal, aktivləşdirilmiş kömür, gübrə və yem, plastik tor istehsalı sahəsində fəaliyyət göstərəcək.

Hazırda parkda 11 rezident fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti