...

İran Azərbaycanı yeni dəmir yoluna qoşulmağa dəvət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2018 17:42 (UTC +04:00)

Bakı. A.Şirazi, Azad Həsənli - Trend:

İran Azərbaycanı Ərdəbil əyalətinin Parsabad sərhədyanı şəhəri ilə Azərbaycanın cənubunu birləşdirəcək dəmir yoluna qoşulmağa dəvət edib.

Trend-in məlumatına görə, bu təklif İranın yollar və şəhər inkişafı naziri Abbas Axundinin Tehranda səfərdə olan Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə görüşü zamanı səsləndirilib.

İranlı nazir bildirib ki, bu layihə Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu ilə oxşardır və iki ölkə arasında nəqliyyat əməkdaşlığının genişlənməsinə kömək edəcək.

Öz növbəsində R.Quluzadə qeyd edib ki, Azərbaycan və İran “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaları tariflərinin azaldılması barədə razılığa gəlib.

Nazir vurğulayıb ki, tranzit və gömrük maneələri aradan qaldırılmalıdır. R.Quluzadənin sözlərinə görə, bununla əlaqədar olaraq tərəflər zəruri sərhədyanı prosedurları sadələşdirməyə razılıq verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti