...

Mərkəzi Bank faiz dərəcəsini dəyişməz saxladı (FOTO) (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2018 11:16 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dərəcəsini 10 faiz səviyyəsində saxlayıb
Mərkəzi Bank faiz dərəcəsini dəyişməz saxladı (FOTO) (YENİLƏNİB)

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dərəcəsini 10 faiz səviyyəsində saxlayıb.

Trend-in məlumatına görə, bunu mətbuat konfransı zamanı AMB-nin sədri Elman Rüstəmov deyib.

AMB həmçinin faiz dəhlizinin yuxarı həddini 12 faiz səviyyəsində saxlamağı qərara alıb. Faiz dəhlizinin aşağı həddi 8 faiz səviyyəsində saxlanılıb.

E.Rüstəmov deyib ki, inflyasiya hədəf göstəricilərdən aşağı olub və azalma tendensiyasını saxlayıb: "Tədiyə balansı müsbət olub, iqtisadi fəallığın yüksək dinamikası saxlanılıb. Həm vergi siyasəti, həm də xarici amillərlə bağlı inflyasiya riskləri monetar siyasətin yumşaldılması imkanlarımızı azaldır. Xarici risklər valyuta məzənnələrinin volatilliyi və digər ölkələrdə inflyasiya ilə bağlıdır. Daxili risklərə gəldikdə isə, burada idxalın sürətli artımını qeyd edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti