...

Maksim Oreşkin: Rusiya Azərbaycanla maneələrin aradan qaldırılması üzərində işləyir (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Sentyabr 2018 09:55 (UTC +04:00)
Rusiya Azərbaycanla maneələrin aradan qaldırılması üzərində işləyir.
Maksim Oreşkin: Rusiya Azərbaycanla maneələrin aradan qaldırılması üzərində işləyir (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Rusiya Azərbaycanla maneələrin aradan qaldırılması üzərində işləyir.

Trend-in məlumatına görə, bunu Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının genişləndirilmiş iclasında deyib.

Nazir deyib: “Ticarətdə maneələrin aradan qaldırılması üzrə xüsusi mexanizm yaradılıb və bu çərçivədə biz Azərbaycan İqtisadiyyat Nazirliyi ilə işləyirik. Fəal ticarət-iqtisadi münasibətlər olan yerdə hər zaman suallar yaranır, ona görə də yeni format yaratmışıq. Bu format çərçivəsində hər ay toplanıb yaranan sualların nəzərdən keçirilməsi planlaşdırılır”.

M.Oreşkinin sözlərinə görə, əsas məqsəd Rusiya ilə Azərbaycan arasında məhsulların hərəkəti üçün “yaşıl dəhliz”lərin yaradılmasıdır.

Nazir əlavə edib ki, Azərbaycan və Rusiya təkcə mal tədarükünün genişləndirilməsi üçün deyil, həm də birgə müəssisələrin yaradılması üçün işləyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti