...

Orxan Məmmədov: Azərbaycanda KOB subyektlərinə sərgilərdə iştirak etmək daha asan olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2018 14:22 (UTC +04:00)

Bakı. Taleh Mursaqulov - Trend:

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “İteca Caspian” şirkəti tərəfindən təşkil olunan bütün sərgilərdə iştirak etmək hüququ qazanıb.

Trend-in məlumatına görə, bunu Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq KOBİA “İteca Caspian” şirkəti ilə Anlaşma Memorandumu imzalayıb:

“Agentlik sərgilərdə iştirakda maraqlı olan kiçik və orta müəssisələrə müvafiq kömək və dəstək göstərəcək”.

Bakıda keçirilən “Bakutel-2018” sərgisindən danışan O.Məmmədov qeyd edib ki, “KOB Dəstək” proqramı çərçivəsində Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə startapçılar, mikro və kiçik müəssisələrə sərgidə iştirak edə bilməsi və öz innovasiyalarını nümayiş etdirməsi üçün şərait yaradıb.

Bundan başqa, o qeyd edib ki, sərgi çərçivəsində KOBİA və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sahibkarlara dəstək üçün innovativ proqram təqdim olunub.

Agentlik rəhbəri əlavə edib ki, bir müddət əvvəl parlamentdə vergi qanunvericiliyinə dəyişikliklər müzakirə olunub və bu dəyişikliklər çərçivəsində startapçılara müəyyən güzəştlər nəzərdə tutulur, yaxın zamanlarda isə kiçik və orta sahibkarlar üçün müəyyən güzəştlər tam şəkildə açıqlanacaq.

KOBİA-nın fəaliyyətindən danışan O.Məmmədov xatırladıb ki, beş ay ərzində Masallı, Xaçmaz və Siyəzən rayonlarından “KOB Dostu” mərkəzləri istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti