Bakı. Trend:
Azərbaycanda quş yemi istehsalı sahəsində vergi güzəştləri tətbiq edilə bilər.
Trend-in məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, üç qurum – İqtisadiyyat, Kənd Təsərrüfatı və Vergilər nazirlikləri müvafiq təkliflər hazırlayır.
S.Ələkbərov əlavə edib ki, dövlət hər hansı bir sahədə güzəşt tətbiq edirsə, ilk növbədə diqqət onun faydasına yönəlir. Nazir müavininin sözlərinə görə, kənd təsərrüfatı sahəsində güzəştlər 20 ildir ki, mövcuddur.