...

Nazir müavini: Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması bu istiqamətdə atılan addımların məhsuldarlığını təsdiqləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2019 12:53 (UTC +04:00)
Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması bu istiqamətdə atılan addımların məhsuldar olduğunu təsdiq edir
Nazir müavini: Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması bu istiqamətdə atılan addımların məhsuldarlığını təsdiqləyir

Bakı. Sara İsrafilbəyova - Trend:

Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşması bu istiqamətdə atılan addımların məhsuldar olduğunu təsdiq edir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Dövlət-Biznes Dialoqu Platforması və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya"nın yeni internet portalını təqdimatı zamanı deyib.

O vurğulayıb ki, portalın və platformanın yaradılması Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və dəstəyin göstəricisidir:

“Bu da onu təsdiq edir ki, bu sahədə atılan addımlar nəticə verir. Hər il bu istiqamətdə işlər daha da genişlənəcək və güclənəcək”.

Nazir müavini bildirib ki, dayanıqlı iqtisadi inkişafın, rəqabətqabiliyyətli iqtisadiyyatın təmin olunması, ixrac potensialının gücləndirilməsi, məşğulluğun təmin olunması, sahibkarlığın inkişafı dövlət siyasətinin əsasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti