...

Polşa Asiya-Avropa nəqliyyat dəhlizinin inkişafında Azərbaycanla əməkdaşlığa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2019 20:30 (UTC +04:00)
Polşa Asiya ilə Avropa arasında nəqliyyat marşrutlarının inkişafında Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır
Polşa Asiya-Avropa nəqliyyat dəhlizinin inkişafında Azərbaycanla əməkdaşlığa hazırdır

Bakı. Ləman Zeynalova - Trend:

Polşa Asiya ilə Avropa arasında nəqliyyat marşrutlarının inkişafında Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır.

Bu barədə Trend-ə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Marçin Pşidaç bildirib.

M.Pşidaç deyib: "Polşa və Azərbaycan dəmir yolları Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafında iştirak edir. Bu, ölkələrimizin coğrafi mövqeyinə uyğun gələn uğurlu bir layihədir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq potensialı, xüsusilə Avropa ilə Cənub arasındakı nəqliyyat marşrutları baxımından çox əhəmiyyətlidir".

Nazir müavini qeyd edib ki, iki ölkənin limanları və dəmir yolları arasında institusional əlaqələr artıq qurulub:

"İqtisadi əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Komissiya nəqliyyatla bağlı işçi alt qrupu yaradıb".

O, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni də qeyd edib:

M.Pşidaç bildirib: "Əlbəttə ki, Azərbaycan sabit və təhlükəsiz bölgə olduğu üçün Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün şaxələndirilməsində vacib tərəfdaş ola bilər".

Polşanın Azərbaycan qazını almaq ehtimalına gəlincə, o qeyd edib ki, qaz almaq qərarı şirkətlərin məsuliyyətidir və iqtisadi mülahizələrə əsaslanacaq:

"Diversifikasiya enerji təhlükəsizliyimizin və xarici siyasətimizin vacib elementidir".

Qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Cənub-Şərqi Asiya və Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Avropa ölkələrinə keçir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti