...

Azərbaycan Mikromaliyyə Assosiasiyası kredit portfellərinin restrukturizasiya həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2019 17:42 (UTC +04:00)
Azərbaycan Mikromaliyyə Assosiasiyasının qarşısında duran tapşırıqlardan biri kredit portfellərinin restrukturizasiyasıdır.
Azərbaycan Mikromaliyyə Assosiasiyası kredit portfellərinin restrukturizasiya həcmini açıqlayıb

Bakı. Anastasiya Savçenko - Trend:

Azərbaycan Mikromaliyyə Assosiasiyasının qarşısında duran tapşırıqlardan biri kredit portfellərinin restrukturizasiyasıdır və bu istiqamətdə müvafiq iş aparılır.

Bunu Trend-ə assosiasiya sədri Cəlal Əliyev deyib.

Onun sözlərinə görə, hazırda assosiasiya 3,1 milyon manat həcmində kredit portfelinin restrukturizasiyasını nəzərdə tutur:

“Biz artıq 1,4 milyon manata yaxın məbləği restrukturizasiya etmişik, bu isə təkrar maliyyələşdirməli olduğumuz bütün kreditlərin təxminən 45 faizidir”.

Assosiasiya sədri bildirib ki, mikrokredit təşkilatlarının təkrar maliyyələşməsini təmin etmək nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti