...

“Azərbaycan Sənaye Korporasiyası” istehsal olunan məhsul çeşidini genişləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2021 13:58 (UTC +04:00)

Bakı. Fidan Babayeva, tərcümə Orxan Nəbiyev - Trend:

Bu il investisiyaların şaxələndirilməsi, dəyər zəncirində daha çox gəlir əldə etməyə yönələn məhsulların ərsəyə gətirilməsi və insan kapitalının müasirləşdirilməsi “Azərbaycan Sənaye Korporasiyası” ASC üçün əsas prioritetlərdəndir.

Bunu Trend-ə Korporasiyanın Strateji İnkişaf və Kommersiya departamentinin direktor müavini Rüstəm Əkbərli deyib.

Onun sözlərinə görə, ASK 2021-ci ildə mövcud bazar tələbləri və trendləri nəzərə almaqla geniş çeşidli məhsulların istehsalını artırmağı planlaşdırır:

"Hal-hazırda Korporasiya daha çox mövcud müəssisələrin inkişaf etdirilməsi, istehsal olunan məhsulların keyfiyyətinin və çeşidlərinin artırılmasında maraqlıdır və bu istiqamətlərdə ciddi şəkildə işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat və rəqabətli insan kapitalı növbəti onillikdə reallaşdırılmalı olan prioritetlər sırasındadır. Bu prioritetlərin reallaşdırılması istiqamətində kadrların hazırlığı, onların beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğunlaşdırılması əsas amillərdəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti