Bakı. Fidan Babayeva - Trend:
Azərbaycan 2021-ci ilin əvvəlindən 3 min tondan çox fındıq ixrac edib, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azdır.
Bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.
Onun sözlərinə görə, ilin əvvəlindən fındıq ixracından gəlir 20 milyon manatı ötüb:
""2020-ci ilin birinci yarısında Azərbaycan daha çox Rusiya bazarına fındıq ixrac etmişdi. İlin sonunda İtaliyaya ixrac kəskin artıb. 2021-ci ildə biz Misir və Pakistana ixraca başlamağı və İtaliyaya ixracı artırmağı planlaşdırırıq".
O əlavə edib ki, hazırda fındığın bir tonunun qiyməti 11-12 min dollara bərabərdir.
(Tərcümə: Orxan Nəbiyev)