...

Azərbaycan ilin sonunadək Türkiyə ilə ticarət dövriyyəsini artırmağı planlaşdırır - Mikayıl Cabbarov

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2021 15:51 (UTC +04:00)
Azərbaycan ilin sonunadək Türkiyə ilə ticarət dövriyyəsini artırmağı planlaşdırır - Mikayıl Cabbarov

Bakı. Zeyni Cəfərov - Trend:

Azərbaycan Türkiyə ilə çoxşaxəli əməkdaşlığını daha da genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələri barədə "dəyirmi masa" zamanı deyib.

O bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyəyə çatıb:

"Əvvəlki illərdə ticarət dövriyyəsində artım müşahidə edilməsinə baxmayaraq, pandemiyanın qlobal ticarətə, ölkələr arasında ticarətə mənfi təsiri ilə əlaqədar 2020-ci il ərzində ticarət dövriyyəsi 8 faiz azalıb və 4,2 milyard dollara bərabər olub. Əminəm ki, həyata keçirəcəyimiz birgə işlər, həmçinin ötən ilin fevralın 25-də imzalanmış Preferensial Ticarət sazişinin bu il qüvvəyə minməsi ticarət əlaqələrimizin artımına töhfə verəcək. Bu ilin sonuna qədər biz 2019-cu ildə əldə etdiyimiz rəqəmlərdən daha üstün bir ticarət həcminə çatacağıq”.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti