...

Aİ Azərbaycanda 20 min kiçik və orta müəssisəyə maliyyə dəstəyi göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2021 14:09 (UTC +04:00)
Aİ Azərbaycanda 20 min kiçik və orta müəssisəyə maliyyə dəstəyi göstərəcək

Şəki. Sədrəddin Ağcayev - Trend:

Avropa İttifaqı (Aİ) Azərbaycanda 20 min kiçik və orta müəssisəyə yerli valyutada maliyyə dəstəyi göstərməyə hazırdır.

Bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Viktor Bojkov deyib.

Onun sözlərinə görə, bu dəstək kənd təsərrüfatı və istehsal kimi sahələr üçün nəzərdə tutulmur:

"Biz kiçik və orta müəssisələrə bilik və vərdişlərlər, məsləhət və borc yolu ilə dəstək göstərəcəyik və onlara güzəştli şərtlərlə, o cümlədən qrantlar şəklində vəsait ayırmağa hazırıq".

(Tərcümə: Orxan Nəbiyev)

Xəbər lenti

Xəbər lenti